Anam

演唱:Emma Ələkbərzadə
Ay ana, mən gedirəm, qurban olum, ağlama
Aləmə ah çəkib ürəyini dağlama
Dizinə vurub: “Balam”,-deyə bağırma
Mənim anam, mən öləndə ağlama
Dizinə vurub: “Balam”,-deyə bağırma
Mənim anam, mən öləndə ağlama
Dərya kimi elə-elə sanki dərin olmuşdum
Dünya qədər elə-elə sanki sonsuz olmuşdum
Eşq üzündən xəstə bir yar olmuşdum
Mənim anam, mən öləndə ağlama
Eşq üzündən xəstə bir yar olmuşdum
Mənim anam, mən öləndə ağlama
Qocalmamış saçlarım ağardı
İntizardan qəlbim qırıldı
Qocalmamış saçlarım ağardı
İntizardan qəlbim qırıldı
Tək qalmaqdan yazıq canım usandı
Mənim anam, mən öləndə ağlama
Eşq üzündən xəstə bir yar oldum
Mənim anam, mən öləndə ağlama
Qocalmamış saçlarım ağardı
İntizardan qəlbim qırıldı
Qocalmamış saçlarım ağardı
İntizardan qəlbim qırıldı
Ay ana, mən gedirəm, qurban olum, ağlama

你可能喜欢